satellite   Azerspace-1: 11135 H 30000

Neymar bu yay “Barselona”ya qayıdacaq

Neymar bu yay “Barselona”ya qayıdacaq

Qətərli şeyx Mabhut Al-Marri sosial şəbəkələrdə “PSJ”nin hücumçusu Neymarın bu yay “Barselona”ya qayıdacağını yazıb.

Bu barədə Naxçıvan televiziyası “Mundo Deportivo”ya istinadən xəbər verir.

Nəşr iddia edir ki, Al-Marri hər iki klubun rəhbərliyinə yaxındır, hətta “Barselona”nın prezidenti Joan Laporta ilə dostdur.

Qeyd edək ki, avqustun 5-də Neymar sosial şəbəkələrdən “PSJ”nin futbolçusu olması ilə bağlı məlumatı silib.

31 yaşlı Neymar 2017-ci ildən “PSJ”də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin aldığı zədə səbəbindən mart ayından meydana çıxmır.

O, Braziliya millisində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM