satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Naxçıvan televiziyası  xəbər verir ki, ilk olaraq meydana “Səbail” və “Şamaxı” komandaları çıxacaqlar. “ASCO Arena”dakı görüş saat 14:00-da start götürəcək.

Günün digər oyununda isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Saat 17:00-da başlayacaq qarşılaşma Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM