satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb

Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb

Türkiyədə daha bir futbol hakimi döyülüb.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.

"Kumçatıspor" klubunun oyunçuları "Cizre Diclespor"la qarşılaşmada hakimlərə, ardından isə rəqib futbolçulara hücum ediblər.

Nəticədə köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə "Cizre Diclespor"un avtobusuna hücum çəkiblər.

Qeyd edək ki, daha əvvəl Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM