satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kuboku: Xankəndidə “Qarabağ” – MOİK oyunu başlayıb

Azərbaycan Kuboku: Xankəndidə “Qarabağ” – MOİK oyunu başlayıb

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM