satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandasını açıqlayıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandasını açıqlayıb

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin ən yaxşı futbolçularının simvolik komandasını təqdim edib.

Naxçıvan televiziyası xəbər verir ki, komandaya İngiltərənin “Arsenal”, Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Sosyedad” klublarının hər birindən iki futbolçu daxildir. Komandaya həmçinin "Bavariya", "Portu", "Barselona", "Mançester Siti" və "Real Madrid"dən bir oyunçu daxil edilib.

2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandası belədir:

Qapıçı - Qreqor Kobel (“Borussiya” D).

Müdafiəçilər: Joao Kanselo (“Barselona”), Mats Hummels (“Borussiya” Dortmund), Ayen Munos (“Real Sosyedad”).

Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”), Fil Foden (“Mançester Siti”), Cud Bellinqhem (“Real Madrid”), Bris Mendes (“Real Sosyedad”), Venderson Qaleno (“Portu”).

Hücumçular: Harri Keyn (“Bavariya”), Qabriel Jezus (“Arsenal”).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM