satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş" Rıza Çalımbay ilə yollarını ayırıb

"Beşiktaş" Rıza Çalımbay ilə yollarını ayırıb

“Beşiktaş” baş məşqçisi Rza Çalımbayla yolları ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

İstanbul təmsilçisinin evdə “Alanyaspor”a 1:3 hesablı məğlubiyyətindən sonra klubun idarə heyətinin iclası keçirilib. Müzakirələr sonunda Rza Çalımbayın müqaviləsinə xitam verilməsinə qərar verilib.

Qeyd edək ki, bu, “Beşiktaş”ın mövsümdə 3-cü baş məşqçi dəyişikliyidir. Belə ki, çempionata Şenol Günəşin rəhbərliyi altında başlayan “qara qartallar” onun istefasından sonra köməkçisi Burak Yılmaza tapşırıldı. Uğursuz nəticələr səbəbindən istefa vermək məcburiyyətində qalan Yılmazın gedişindən sonra Çalımbay bu posta gətirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM