satellite   Azerspace-1: 11135 H 30000

Luis Suares yenidən Lionel Messi ilə komanda yoldaşı olacaq

Luis Suares yenidən Lionel Messi ilə komanda yoldaşı olacaq

Uruqvay millisinin futbolçusu Luis Suares yenidən argentinalı Lionel Messi ilə komanda yoldaşı olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, tanınmış insayder Fabritsio Romano 36 yaşlı hücumçunun ABŞ klubu “İnter Mayami” ilə anlaşdığını paylaşıb.

Onun sözlərinə görə, tərəflər yaxın müddətdə 1 illik müqaviləni rəsmiləşdirəcəklər. Sözləşmədə müddətin daha bir il uzadılması bəndi də olacaq.

Qeyd edək ki, Luis Suares 2014-2020-ci illərdə İspaniyanın “Barselona” klubunda Lionel Messi ilə birlikdə çıxış edib. Uruqvaylının son klubu Braziliya təmsilçisi “Qremio” olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM