satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən bahalı futbolçuları açıqlanıb

Dünyanın ən bahalı futbolçuları açıqlanıb

Dünyanın ən bahalı futbolçuları müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, “transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia edir.

Bunlar Fransa PSJ-sindən Kilian Mbappe, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və İspaniya “Real Madrid”indən Cud Bellingemdir. Hər üç futbolçunun hazırkı qiyməti 180 milyon avrodur.

Bunadək Bellingemin dəyəri 150 milyon avro idi. Cari mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan La Liqa təmsilçisinə keçən ingiltərəli yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb.

O, “kral klubu”nun heyətində 21 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real Madrid”lə 2029-cu ilin yayınadək müqaviləsi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM