satellite   Azerspace-1: 11135 H 30000

UEFA Xankəndidəki tarixi oyundan paylaşım edib

UEFA Xankəndidəki tarixi oyundan paylaşım edib

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsində "Qarabağ"ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-ə qarşı keçirdiyi oyundan paylaşım edib.

Naxçıvan televiziyası xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin qələbə topunun müəllifi olan hücumçu Nəriman Axundzadə və komanda yoldaşlarının qol sevincini əks etdirən fotolar yer alıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn “köhlən atlar” 1/4 finalda “Sabah” klubuna rəqib olublar.

Qeyd edək ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM