satellite   Azerspace-1: 11135 H 30000

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb - YENİLƏNİB

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb<font color='red'> - YENİLƏNİB</font>

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Bu barədə Naxçıvan televiziyası-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.

Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM