satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" futbolçusunu 100 milyon avroya satmaqdan imtina edib

"Barselona" futbolçusunu 100 milyon avroya satmaqdan imtina edib

İspaniyanın "Barselona" klubu futbolçusu Ronald Arauxonu 100 milyon avroya satmaqdan imtina edib.

Naxçıvan televiziyası "Diario Sport"a istinadən xəbər verir ki, Almaniya çempionu "Bavariya" 24 yaşlı müdafiəçini heyətinə qatmaq istəyib.

Kataloniya təmsilçisi, buna baxmayaraq, böyük maliyyə təklifini geri çevirib.

Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. Uruqvaylı oyunçu cari mövsüm bütün turnirlərdə 17 matça çıxıb və 1 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM