satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb

“Araz-Naxçıvan” futzal klubu braziliyalı hücumçusu Erik Dannilo ilə yollarını ayırıb.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu onunla yeni müqavilə bağlamamaq qərarına gəlib.

Bu səbəbdən Erik Dannilo azad agent kimi komandanı tərk edib.

Qeyd edək ki, yayda komandaya qoşulan forvard “Araz-Naxçıvan”ın heyətində Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində 2 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM