satellite   Azerspace-1: 11135 H 30000

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb.

Naxçıvan televiziyası-ın Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, İdarə Heyətinin qərarına əsasən rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın çalışdırıcısı təyin olunub.

O, uzun müddət Rusiya yığmasında işləyib, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM