satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi MLS-in 7 oyununu buraxacaq

Lionel Messi MLS-in 7 oyununu buraxacaq

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi 2024-cü ildə MLS-in 7 oyununu buraxacaq.

Naxçıvan televiziyası xəbər verir ki, buna səbəb Argentina millisinin yayda Amerika Kubokunda iştirak etməsi olacaq.

Turnir 2024-cü il iyunun 20-dən iyulun 14-dək təşkil ediləcək. MLS-in təqvimi FIFA ilə razılaşdırılmadığından, hər iki yarışda matçlar eyni vaxtda keçiriləcək. 36 yaşlı hücumçu “Filadelfiya”, “Kolumbus Kryu”, “Neşvill”, “Şarlotta” və “Sinsinnati” kimi rəqiblərlə görüşlərdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, MLS-də 2024-cü il mövsümü fevralın 21-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM