satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

İspaniyanın "Real" klubunun sabiq qapıçısı Dieqo Lopes karyerasını başa vurub.

Naxçıvan televiziyası "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 42 yaşında futbolla vidalaşmaq qərarına gəlib.

Yayda "Rayo Valyekano"dan ayrılan oyunçu daha sonra klubsuz qalıb.

Qeyd edək ki, Dieqo Lopes İspaniyada "Vilyarreal", "Sevilya", "Espanyol", İtaliyada "Milan" kimi klubların formasını geyinib. O, 2009-cu ildə Konfederasiyalar Kubokunda İspaniya yığmasının heyətində turnirin bürünc medalını qazanıb. 2013/2014 mövsümündə isə "Real"la Çempionlar Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM