satellite   Azerspace-1: 11135 H 30000

2023-cü ilin ən yaxşı klub baş məşqçisi bəlli olub

2023-cü ilin ən yaxşı klub baş məşqçisi bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə klublarda işləyənlər arasında ən yaxşı baş məşqçini müəyyənləşdirib.

Naxçıvan televiziyası IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" komandasının "sükanı arxasında" olan Xosep Qvardiola layiq görülüb.

52 yaşlı mütəxəssis 281 xalla bütün rəqiblərini qabaqlayıb. İspaniyanın "Real" klubundan Karlo Ançelotti (56) ikinci, İtaliya çempionu "Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti üçüncü olub.

Qeyd edək ki, Xosep Qvardiola cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM