Azərbaycan şahmatçısı Eltac Səfərli İsveçrənin Sürix şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə ikinci olub.
Naxçıvan televiziyası xəbər verir ki, 31 yaşlı şahmatçı yarışı 5,5 xalla başa vurub.
Turnirin qalibi olan Krişnan Şaşikiran da eyni xal toplayıb. Səfərli hindistanlı şahmatçıdan yalnız əlavə əmsallara görə geri qalıb.
