satellite   Azerspace-1: 11135 H 30000

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.

Naxçıvan televiziyası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində İtaliyanın "İnter" klubundan "Roma"ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

İngiltərənin "Mançester Siti" komandasının və Norveç millisinin oyunçusu Erlinq Holann 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi "Portu"da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM