satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi "Vilyarreal"a keçə bilər

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi "Vilyarreal"a keçə bilər

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Fakundo Pelyistri İspaniya təmsilçisi "Vilyarreal"a keçə bilər.

Naxçıvan televiziyası-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, İspaniya klubu Uruqvay millisinin üzvünü qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.

22 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in start heyətində möhkəmlənə bilmədiyi üçün komandadan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir. Futbolçunun "mankunianlar"la 2025-ci ilin yayına kimi müqaviləsi qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirib.

Qeyd edək ki, Fakundo Pelyistri bu mövsüm "Mançester Yunayted"in heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM