satellite   Azerspace-1: 11135 H 30000

Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"

Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"

PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı Lionel Messinin Paris klubunda lazımi səviyyədə qiymətləndirilmədiyini düşünür.

Naxçıvan televiziyası xəbər verir ki, Fransa millisinin üzvü bunu "Goal"a açıqlamasında bildirib.

"Messi bütün təriflərə layiqdir. Amma əslində Fransada layiq olduğu hörməti görmədi", - Mbappe deyib.

Lionel Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, Paris klubunun heyətində 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. 36 yaşlı argentinalı 2023-cü ilin iyununda MLS təmsilçisi "İnter Mayami"yə keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM