satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın “Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı müəyyənləşib

“Araz-Naxçıvan”ın “Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı müəyyənləşib

“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ilk olaraq yanvarın 10-da “Zirə” ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.

Yanvarın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” matçı isə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün ikinci yarısında ilk oyununu XIX tur çərçivəsində yanvarın 23-də “Qarabağ”a qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM