satellite   Azerspace-1: 11135 H 30000

25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlanıb

25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlanıb

CIES Araşdırmalar Mərkəzi 25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının siyahısını dərc edib.

Naxçıvan televiziyası xəbər verir ki, sıralamaya Portuqaliyanın “Portu” klubunun qolkiperi Dioqu Koşta başçılıq edir.

Portuqaliya millisinin üzvünün transfer dəyəri 73,4 milyon avroya bərabərdir. İkinci yerdə Fransanın PSJ klubunun italiyalı dəri əlcək sahibi Canluici Donnarumma qərarlaşıb. İlk “üçlüy”ü Portuqaliyanın digər klubu “Benfika”da çıxış edən ukraynalı Anatoli Trubin qapayır.

Dünyanın ən dəyərli 10 qapıçısı:

1. Dioqu Koşta (“Portu”, Portuqaliya) – 73,4 milyon avro

2. Canluici Donnarumma (PSJ, Fransa) – 69 milyon

3. Anatoli Trubin (“Benfika”, Portuqaliya) – 58,3 milyon

4. Georgi Mamardaşvili (“Valensiya”, İspaniya) – 41,5 milyon

5. Luka Şevalye (“Lill”, Fransa) – 39,4 milyon

6. Bart Verbryuqqen (“Brayton”, İngiltərə) – 36,9 milyon

7. Qevin Bazunu (“Sauthempton”, İngiltərə) – 32,2 milyon

8. İllan Melye (“Lids”, İngiltərə) – 25,7 milyon

9. Andrey Lunin (“Real”, İspaniya) – 25,1 milyon

10. Maarten Vandevordt (“Genk”, Belçika) – 19,6 milyon

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM