satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Liqa Kubokunun yarımfinal oyunlarında VAR-dan istifadə edilməyəcək

İngiltərə Liqa Kubokunun yarımfinal oyunlarında VAR-dan istifadə edilməyəcək

Futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal oyunlarında Video Köməkçi Hakim (VAR) sistemindən istifadə edilməyəcək.

Naxçıvan televiziyası “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, buna "Midlsbro"nun stadionunda sözügedən sistemin olmaması səbəb göstərilib.

Turnirin reqlamentinə əsasən, bütün yarımfinal matçları VAR olmadan baş tutacaq.

Qeyd edək ki, finala gedən yolda "Çelsi" "Midlsbro" ilə, "Liverpul" "Fulhem"lə üz-üzə gələcək. Komandalar bir-birinə qarşı evdə və səfərdə iki oyun keçirəcəklər. İlk qarşılaşmalar 9-10 yanvarda, cavab görüşləri 23-24 yanvarda gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM