satellite   Azerspace-1: 11135 H 30000

AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı xəbərlərə münasibət bildirib

AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı xəbərlərə münasibət bildirib

AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ilə aralarında hər hansı bir danışıq aparılmayıb.

“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM