satellite   Azerspace-1: 11135 H 30000

“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi bu gün mübarizə aparacaq

“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi bu gün mübarizə aparacaq

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vuracaq, qadınlar isə mübarizəyə başlayacaqlar.

Azərbaycan millisinin iki sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, ilk gündə 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM