satellite   Azerspace-1: 11135 H 30000

“Real” klubu 61 illik göstəricini təkrarlayıb

“Real” klubu 61 illik göstəricini təkrarlayıb

İspaniyanın “Real” klubu 61 illik göstəricini təkrarlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Madrid təmsilçisi İspaniya Superkubokunun yarımfinalında “Atletiko”nu 5:3 hesabı ilə məğlub etdiyi oyunda bunu bacarıb.

Belə ki, “Kral klubu” 1963-cü ildən bəri ilk dəfə 3 qol buraxdığı görüşdə “Atletiko”nu məğlub edib. 61 il əvvəl martda keçirilən Madrid derbisində “Atletiko” meydanı 3:4 hesablı məğlubiyyətlə tərk edib.

Qeyd edək ki, İspaniya Superkubokunun final oyunu yanvarın 14-də keçiriləcək. “Real”ın həlledici matçdakı rəqibi bu gün baş tutacaq “Barselona” – “Osasuna” qarşılaşmasının qalibi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM