satellite   Azerspace-1: 11135 H 30000

FHN: Ağdam və Füzuli rayonlarında baş vermiş yanğınlar tam söndürülüb

FHN: Ağdam və Füzuli rayonlarında baş vermiş yanğınlar tam söndürülüb

Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.

FHN-in mətbuat xidmətindən NTV-yə  bildirilib ki, hazırda Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM