İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən NTV-yə bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
