satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan yanvarda Rusiyaya 4 milyondan çox yumurta ixrac edib

Azərbaycan yanvarda Rusiyaya 4 milyondan çox yumurta ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya 78,9 milyon yumurta idxal edilib.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Məlumata görə, bunun 4,2 milyonu Azərbaycanın payına düşüb.

Tədarük başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5,5 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,7 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM