satellite   Azerspace-1: 11135 H 30000

AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır

AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC AZAL ictimaiyyəti ayıq olmağa və saxta kampaniyalara inanmamağa çağırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, son zamanlar sosial şəbəkələrdə AZAL-ın adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur. Kibercinayətkarlar QSC-nin adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

"Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər", - məlumatda deyiliir..

Qeyd olunur ki, vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.

"Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir", - QSC bildirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM