satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR-ə dotasiyanın azaldılmasının səbəbi açıqlanıb

Naxçıvan MR-ə dotasiyanın azaldılmasının səbəbi açıqlanıb

Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində Naxçıvan Muxtar Respublikasına dotasiyanın azaldılmasının səbəbi açıqlanıb.

Naxçıvan televiziyası-ın məlumatına görə maliyyə naziri Samir Şərifov deyib ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb: “Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM