satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda banklara xarici valyutada qoyulan əmanətlərin həcmi 2 dəfədən çox artıb

Naxçıvanda banklara xarici valyutada qoyulan əmanətlərin həcmi 2 dəfədən çox artıb

 

Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda əmanətlərin həcmi 29 milyon 544,9 min manat təşkil edib.

NTV bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51,6 % çoxdur.

Əmanətlərin 93,4 %-i və ya 27 milyon 593 min manatı milli valyutada, 6,6 %-i və ya 1 milyon 951,9 min manatı isə xarici valyutada qoyulub.

 

Son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 48,6 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,1 dəfə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM