satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb

Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manat vergi daxil olub.

NTV bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 66,8 %-i qeyri-dövlət sektorunun, 33,2 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin 5 ayına nisbətən bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və yaxud 26,9 % çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM