satellite   Azerspace-1: 11135 H 30000

“İstisu Mineral Su Zavodu” dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə top10-a daxil olub

“İstisu Mineral Su Zavodu” dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə top10-a daxil olub

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (184 milyon ABŞ dolları) məxsus olub.

NTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (106,7 milyon ABŞ dolları), "AzerGold" QSC (81,9 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (54,4 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (34,5 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (17,4 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (6,7 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (423,1 min ABŞ dolları), Prezidentin İşlər İdarəsinin tabeliyindəki “İstisu Mineral Su Zavodu” MMC (366,2 min ABŞ dolları) və "Azəripək" ASC (117,6 min ABŞ dolları) qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM