satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı: Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələr dəstəklənəcək

Dünya Bankı: Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələr dəstəklənəcək

“Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” icra olunduqdan sonra Azərbaycan 1,8 giqavat həcmində elektrik enerjisini şəbəkəyə inteqrasiya edə biləcək.

NTV verir ki, bu sözləri Dünya Bankının Azərbaycan üzrə meneceri Ştefani Ştallmayster Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit müqaviləsinin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm COP29-un keçirildiyi dövrdə, həm də bu tədbirdən sonra yaşıl enerji sahəsinin inkişafı istiqamətində addımlar atıb və bununla bağlı öhdəliklər götürüb.

“Layihə Azərbaycanın bərpaolunan enerji sahəsinin inkişafı üçün vacib olan özəl sektorun bu istiqamətdə investisiyalarının genişləndirilməsinə imkan yaradacaq. Yeni layihədən sonra digərlərinin də həyata keçiriləcəyinə ümid edirik. Dünya Bankı Qrupu bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcək”, - deyə Ştefani Ştallmayster vurğulayıb.

Bundan başqa, Azərbaycanın etibarlı tərəfdaş olduğunu həmişə nümayiş etdirdiyini deyən Ştallmayster uğurlu əməkdaşlığın davam etdiyini sözlərinə əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM