satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan IMF ilə vergi islahatlarını müzakirə edib

Azərbaycan IMF ilə vergi islahatlarını müzakirə edib

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə vergi islahatları ilə bağlı müzakirələr aparıb.

NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu müzakirələr IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə aparılıb.

“Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM