satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır

Nazir: Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

NTV Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq".

Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM