satellite   Azerspace-1: 11135 H 30000

Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib

Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib

Muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib.

NTV  xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM