satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-ə yaxın artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 282 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 min sərnişin və yaxud 2,7 % çoxdur.

7 ayda hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma isə 4,2 % və yaxud 9,9 min ton azalaraq 223,5 min ton olub.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

11:19 02.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM