satellite   Azerspace-1: 11135 H 30000

AYNA: “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir

AYNA: “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir.

NTV  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 54, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 95 yük maşını var.

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 165-dir.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobillərin sayı 2-dir.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM