satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Türkiyə arasında turbin avadanlıqlarının istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Türkiyə arasında turbin avadanlıqlarının istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən “Ataseven Group” şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən NTV-yə bildiriblər ki, görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən yaşıl enerji, o cümlədən, külək enerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpaolunan enerji avadanlıqlarının yerli istehsalı və yaşıl enerjinin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir.

Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM