satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb

Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb

2025-ci ildə Azərbaycan Rusiyanın iqtisadiyyatına 52 milyon 776 min ABŞ dolları birbaşa investisiya qoyub.

NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,1 %-dən 2,1 %-ə qalxıb.

İl ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 267 milyon 805 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 14,2 % çoxdur.

Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,3 %-dən 4,1 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM