Gürcüstanın xarici ticarəti azalmaqda davam edir.
NTV xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bu da, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.
Hesabat dövründə ölkəyə 2,5 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 15,4 faiz azdır. İxrac isə keçən ilin ilk iki ayı ilə müqayisədə 22,9 faiz artaraq 1 026,7 milyon dollar təşkil edib.
Gürcüstanın mənfi ticarət saldosu 1 459 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 30,6 faiz azdır.
Gürcüstanın xarici ticarət tərədaşları sırasında Türkiyə birinci yeri tutub. İki ölkə arasında xarici ticarət dövriyyəsi 499,5 milyon dollar təşkil edib. Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 14,2 faizidir. Çin ikinci (457,8 milyon dollar), Rusiya üçüncü (418,4 milyon dollar), ABŞ isə dördüncü (237 milyon dollar) yerdədir. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214, 4 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 5-ci yerdə qərarlaşıb.
