satellite   Azerspace-1: 11135 H 30000

Yaxın Şərq gərginliyi fonunda Azərbaycan nefti maksimum səviyyəyə yüksəlib

Yaxın Şərq gərginliyi fonunda Azərbaycan nefti maksimum səviyyəyə yüksəlib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.

NTV-nin məlumatına görə, son bir ay ərzində, Yaxın Şərq bölgəsində silahlı münaqişənin başlanmasından bu yana, Azərbaycan neftinin dəyəri 70,8 % (51,5 dollar) yüksəlişlə öz maksimum səviyyəsinə çatıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 120,51 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ dolları və ya 2,6 % artaraq 117,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM