satellite   Azerspace-1: 11135 H 30000

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir - FOTOLAR

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin məsafədən audit, böyük verilənlərin (big data) təhlili və süni intellektin tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Ankara şəhərinə səfər edib.

Palatadan NTV-yə bildirilib ki, səfər çərçivəsində Türkiyə Sayıştayının informasiya sistemləri (BVAS və VERA) üzrə son dövrlərdə həyata keçirilmiş işlər barədə təqdimatlar edilib.

Qeyd edilib ki, audit portfelinə daxil olan qurumların təxminən 90 faizdən çoxunun maliyyə məlumatları müvafiq sistem və Maliyyə və Xəzinə Nazirliyinin vahid mühasibatlıq sistemi vasitəsilə Sayıştaya daxil olur və 500-ə yaxın ssenari vasitəsilə emal edilir.

Daha sonra Türkiyə Hesablama Məhkəməsi tərəfindən süni intellektin tətbiqi üzrə yanaşmalar təqdim edilib. Bildirilib ki, bu istiqamətdəki işlər başlanğıc nöqtəsində olmaqla həm ayrı-ayrı qurumlar, həm də makro səviyyədə nəzarətin optimallaşdırılmasına xidmət edəcəkdir.

Sonda Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin prezidenti Mətin Yenərlə görüşüb. Görüşdə qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin inkişafının davam etdirilməsinin zəruriliyi bildirilib, Türkiyə və Azərbaycan ali audit orqanlarının gələcək birgə fəaliyyətlərindən danışılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM