Əmtəə birjalarında qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirməyə hazırlaşır.
NTV xəbər verir ki, qızılın qiyməti həftə ərzində 0,6 faiz artım göstərib, iyul ayında isə təxminən 1,7 faiz bahalaşıb. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 4040 dollar civarındadır.
Analitiklərin fikrincə, qızıl iyul ayında daha güclü performans nümayiş etdirib. Xüsusilə 4000 dollar səviyyəsində güclü dəstək təmin edib və qiymətdəki enmələrdə isə alıcıları cəlb edə bilib.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir. ABŞ dollarının indeksi bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.
Mütəxəssislər ilin ikinci yarısında qızılın qiymətinin 3500-4400 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələ bilər.
