satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1,5 milyard manatı keçib

Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1,5 milyard manatı keçib

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2023-cü il oktyabrın 26-dan bəri ilk dəfə 1,5 milyard manatı keçib.

NTV bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, avqustun 27-də notların ümumi dəyəri avqustun 26-sı ilə müqayisədə 82,5 milyon manat artaraq 1 milyard 525 milyon manata çatıb.

Xatırladaq ki, AMB 2022-ci il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 5,9 %, 6,01 %, 6,1 % və 6,21 %-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM