Bakı-Moskva təyyarəsində texniki problem yaranıb

Bakı-Moskva təyyarəsində texniki problem yaranıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM