satellite   Azerspace-1: 11135 H 30000

Sədərəkdə bol kartof yetişdirilib - VİDEO

Kartofçuluq Sədərək rayonunda əkinçiliyin geniş vüsət aldığı sahələrindən biridir. Ötən il rayonun ailə təsərrüfatçıları 118 hektarda məhsul yetişdirib, 1400 ton kartof əldə ediblər. Ailə təsərrüfatçıları bu ilin bol məhsulu üçün də lazımi hazırlıq işləri görüb, mart ayından etibarən sahələrdə kartof əkinlərinə başlayıblar. Münbitləşdirilən torpaqlarda 119 hektarda kartof, 35 hektarda isə soğan əkilib. Vegetasiya becərmələri aqrotexniki qaydalar əsasında həyata keçirildiyindən sahələrdə məhsuldarlıq yüksəkdir. Kartof yığımı texnikaların qüvvəsi ilə həyata keçirilir. Bu da işin sürət və keyfiyyətini artırır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM