satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Əmanət Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Beynəlxalq Əmanət Günü  ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Beynəlxalq Əmanət Günü  ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Bank Savadlılığı Layihəsi” çərçivəsində 31 Oktyabr - Beynəlxalq Əmanət Günü ilə bağlı keçirilən tədbirdə bank filial və şöbələrinin nümayəndələri və Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər.  Tədbir zamanı iştirakçılara əmanət anlayışı, onun formaları, əmanətin tarixi və faydaları, qənaətin məqsədi, qənaət vərdişləri, şəxsi və ailə büdcəsinin idarə olunması, muxtar respublikada banklar tərəfindən cəlb olunan əmanətlərin həcmi, əmanətlər üzrə faiz bölgüsü, əmanətlərin sığortalanması  və digər mövzular haqqında elektron slaydlarla məlumat verilib və mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.

Həmçinin tələbələrə banklardan cəlb olunan nümayəndələr tərəfindən bankların bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanılıb və onlara banklarda mövcud olan bank məhsul və xidmətləri barədə geniş məlumat verilib.

Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib və qalib şəxslərə oxunması zəruri olan kitablar, bank savadlılığının artırılmasına dəstək verici vəsaitlər və başqa hədiyyələr təqdim edilib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin bank savadlılığının artırılması, həmçinin bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda bank sektoruna inamı gücləndirmək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM